Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Qubad İbadoğlu: “Bu hökumətin islahatlar üçün potensialı yoxdur”

Hökumətdəki dəyişikliklər əhəmiyyətsizdir və kardinal islahatlar gözləməyə əsas vermir. Bu barədə Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu Turan-ın “Çətin sual” proqramına müsahibəsində deyib.

Kadr təyinatlarında yenidən regional amil, şəxsi sədaqət, müxtəlif qrupların maraqlarının olması üstünlük təşkil edib.

İqtisadi islahatlar üçün islahatlara məsul olan baş nazirin rəhbərliyilə islahatlara köklənmiş komanda lazımdır. Lakin yeni Nazirlər Kabineti, ümumiyyətlə, islahatlara meylli deyil.

Digər tərəfdən, real hakimiyyət bölgüsü lazımdır. Əgər müstəqil məhkəmə hakimiyyəti yoxdursa, islahatlardan söhbət gedə bilməz.

O qeyd edib ki, hökumət korrupsiyaya qarşı mübarizə, inhisarın aradan qaldırılması, sağlam rəqabəti əhatə edən vahid islahatlar proqramı təqdim etməyib.

Nazirlər Kabinetinin yeni tərkibi göstərir ki, 15 il ərzində ölkədə kadr potensialı hazırlanmayıb.

Sosial-iqtisadi problemlərin həlli üçün biznesə şərait, azadlıqlara təminat lazımdır ki, hər kəs öz şəxsi təşəbbüsünü reallaşdıra bilsin, kreditə çıxış imkanları olsun.

Ancaq iqtisadiyyat liberal deyil. Real sektor və bank sistemi arasında əlaqə itir. Biznesin saxlanmasında bank kreditləri az rol oynayır. Banklar özləri böhran içindədir və yaxın vaxtlarda depozitlərin qaytarılması problemi ilə üzləşəcəklər.

Q.İbadoğıu hesab edir ki, neftin qiymətinin yenidən artması ilə hökumət ÜTT-yə üzv olmaq istiqamətində iş və bununla əlaqədar islahatlar aparmır. Belə olan şəraitdə Q.İbadoğlu kölgə iqtisadiyyatının leqallaşdırılması və antiinhisar siyasəti istiqamətində əhəmiyyətli dəyişikliklər gözləmir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir