Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

ABŞ Rusiyanı qoşunlarını Gürcüstandan çıxarmağa çağırıb

ABŞ dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi Uess Mitçell Rusiyanı öz hərbi kontingentini Gürcüstandan çıxarmağa çağırıb.

ABŞ Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, deyə Mitçell Tbilisidə açılan NATO-Gürcüstan Xalq Diplomatiyası Forumunda bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Gürcüstanın NATO-ya inteqrasiyasını dəstəkləyir.

“Donald Tramp 2008-ci il Buxarest sammitinin Bəyannaməsini dəstəkləyir (alyans Ukrayna və Gürcüstanın NATO üzvü olmasına razılıq verib) və NATO iştirakçısı olan ölkələri bu istiqamətdə götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırır”, deyə Mitçell bildirib.

Dövlət katibinin köməkçisi xatırladıb ki, NATO baş katibi Yens Stoltenberq də bu məsələdə Gürcüstana konkret dəstək göstərib.

“Gürcüstanın NATO-ya üzvlüyü Rusiyadan və ya hər-hansı başqa ölkədən asılı deyil. Bu, tamamilə Gürcüstanın qərarıdır. Öz gələcəyi ilə bağlı qərarı yalnız Gürcüstan qəbul edə bilər. Heç bir dövlətin Gürcüstanın NATO-ya inteqrasiyasına mane olmaq hüququ yoxdur”, deyə ABŞ dövlət katibinin öməkçisi bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir