Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət İnsan haqları Müsahibə Siyasət Xəbərlər

Effektiv siyasi aksiyalar təşkl etmək lazımdır ki, ölkədəki vəziyyəti dünya ictimaiyyəti görsün.

Müsahibimiz Almaniyada mühacir həyatı yaşayan Elçin Əliyevdir.

-Elçin bəy, Avropadan baxanda Azərbaycanda siyasi vəziyyət necə görünür? – Avropadan baxanda deyəndə ki, ölkədə çoxlu sayda problem olduğundan hardan baxsan vəziyyət çox drammatikdir. Amma siyasi baxımdan baxsaq ölkədə vəziyyətin həddən artıq pis olduğunu söyləmək olar. Çünki, 160-dək siyasi aktivistin həbs olunduğu cəmiyyətdə nəyinsə yaxşı olduğunu demək çox çətindir. Həbs olunanlar isə əsasən jurnalistlər, gənclər, blogerlər, inanclı insanlar və siyasi apartiya nümayəndələridir. Onlar narkotika, vergidən yayınma, xuliqanlıq və s. adla həbsxana həyatı keçirirlər.

– Sizcə, vəziyyəti dəyişmək üçün nələr etmək lazımdır?- Azərbaycanda artıq nəsə bir addım atmaq olduqca təhlükəlidir. Çünki, insanlar dərhal şərlənib həbs edilirlər.  Belə bir vəziyyətdə lazımdır ki, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəldəsən. Həm də onlara ölkədəki durumu hansısa formada çatdırasan. Xüsusilə kütləvi aksiyalar və kampaniyalar vasitəsilə etirazımızı bildirməliyik ki, dünya ictimaiyyətə Azərbaycanla bağlı həqiqi informasiya alsınlar. Almaniya və digər ölkələrdə mitinqlər keçirilir, bunlar çox effektivdir. Siyasi məhbusların azadlığına çağırışlar edilir. Bu il keçirilən “Diktatoru tanıdaq” aksiyasını çox effektiv hesab edirəm. Mən özüm də həmin aksiyaya qoşulmuşam. Bu əsl Azərbaycan reallığını birbaşa göstərən amildir. Çünki, baş verənlərin başında siyasi hakimiyyətin yaratdığı diktatura rejimi dayanır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir