Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Yeni nazir köhnə komandasını da arxasınca daşıyır – şərh

Kənd Təsərrüfatı naziri İnam Kərimov daha 4 təyinat həyata keçirib.
Teleqraf.com xəbər verir ki, 3 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Seymur Mövlayev, 5 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Adil Qasımov, ASAN Xidmətin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev Kənd Təsərrüfatı Nazirliyinə təyinat alıblar.
Qeyd edək ki, bundan öncə Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov təyin edilmişdi.
Heydər Əsədov kənd təsərrüfatı naziri təyin olunan kimi kənd təsərrüfatı mütəxəsislərini kənara qoyub, maliyyəçi həmkarlarından ibarət komanda yaratdı, nəticədə aqrar sektorda nəinki dinamik inkişaf, heç adi inkişaf elementləri də yoxdur. İndi eyni səhvi yeni kənd təsərrüfatı naziri İnam Kərimov təkrarlayır – ASAN Xidmətdəki komandasını kənd təsərrüfatı nazirliyinə transfer edir. Yanlış taktikadır. Nazirliyin elitasını yenilənmək zərurəti varsa, bu kənd təsərrüfatı mütəxəsisləri hesabına həyata keçirilməlidir. Və nəzərə alın ki, ölkədə Kənd Təsərrüfatı Akademiyası da var!

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir