Rusiya və Çin ABŞ-ın maraqlarına və nüfuzuna meydan oxuyur.
TASS xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Strategiyasının yeni mətnində deyilir. ABŞ prezidenti Donald Tramp ölkəsinin Milli Təhlükəsizlik strategiyasını təqdim edib.
“Çin və Rusiya ABŞ-ın qüdrəti, nüfuzu və maraqlarına meydan oxuyurlar. ABŞ-ın təhlükəsizliyini və çiçəklənməsini zəiflədirlər”.
Sənəddə Rusiya nüvə silahı ABŞ üçün “ən böyük təhdid” adlandırılıb.
“Rusiya yeni hərbi gücünə, o cümlədən ABŞ üçün mövcud təhdid olan nüvə silahına sərmayələr qoyur”, – deyə sənəddə bildirilir. Sənəddə həmçinin qeyd olunur ki, Rusiyanın ambisiyalarına görə, münaqişələrin yarana biləcəyi Avrasiyada qeyri-sabit vəziyyət yaranır.