Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Rusiya ölkəyə vizasız gələn əcnəbilər üçün daktiloskopiya tətbiq edəcək

Rusiya DİN 2019-cu il iyulun 1-dən bir aydan artıq müddətə ölkəyə gələn bütün əcnəbilərin məcburi daktiloskopiyasını və fotosunun çəkilməsini planlaşdırır, TASS məlumat verib. Hazırda müvafiq qanun layihəsi hazırlanır. Bu barədə nazirliyin mətbuat xidməti xəbər verib.

Qanun layihəsində nəzərdə tutulur ki, vizasız rejimdə Rusiyaya gələn əcnəbi 30 gün bitdiyi müddətdə ölkədə olması barədə DİN-ə məlumat verməlidir. Bunu 7 gün ərzində etmək lazımdır.

Bundan öncə Rusiya DİN bildirmişdi ki, 2016-cı ildə daktiloskopiyanın köməyilə 26 min nəfər Mərkəzi Asiya vətəndaşı aşkar edilib. Onlar saxta sənədlərlə Rusiyaya daxil olmaq istəyiblər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir