ABŞ-da 1963-cü ildə qətlə yetirilən prezident Con Kennedinin qətlinə dair 3500 çox məxfi sənəd dərc edilib.
RİA “Novosti” yazır ki, ümumilikdə, 2017 ildə Kennedinin qətli ilə bağlı 34000 yaxın sənəd işıq üzü görüb.
Sözügedən sənədlər ABŞ-ın Milli Arxivi tərəfindən dərc olunur.
Təhlükəsizlik məqsədilə təhlil olunmalı 88 sənəd istisna olmaqla, Con Kennedinin qətli ilə bağlı bütün sənədlər tam və ya qismən dərc olunub.