Azərbaycan və Yaponiya diplomatik pasportların sahibləri üçün viza rejimindən imtina edib.
Media-fakt.info bildirir ki, bu barədə Azərbaycan dövlət başçısının saytı xəbər yayıb.
Xatırladaq ki, diplomatik pasportlara malik olan vətəndaşların viza tələbindən azad olunması ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyi arasında” 2017-ci il sentyabrın 14-də Notalar Mübadiləsi həyata keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün həmin sənədi təsdiq edib.