Türkiyə Ali Seçki Şurası (ASŞ) konstitusiyaya dəyişikliklərin edilməsinə dair referendumun nəticələrini təsdiqləyib.
APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ASŞ rəhbəri Sədi Güvən seçicilərin 51,41 faizinin prezident idarəetmə sisteminə keçidi dəstəklədiyini bəyan edib.
“Referendumda seçici fəallığı 87,45 faiz olub. Seçicilərin 51,41 faizi “lehinə”, 48,59 faizi isə “əleyhinə” səs verib”, – deyə Güvən Ankarada jurnalistlərə bildirib.