Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Müsavat Partiyası etiraz edən hüquqşünasları dəstəkləyir

Müsavat Partiyası məhkəmə çəkişmələrində nümayəndəlik institutunun ləğv edilməsinə etiraz olaraq hüquqşünasların noyabrın 18-nə təyin etdikləri kütləvi aksiyanın tələblərini dəstəkləyir. Bu barədə noyabrın 13-də partiya Divanının

toplantısında bildirilib.

Partiya Divanı məhkəmə çəkişmələrində nümayəndəlik institutunun ləğvini cəmiyyətin maraqlarına zərbə kimi dəyərləndirir.

Divanda habelə, Gəncə şəhər təşkilatının üzvləri ilə görüş, Yevlax və Mingəçevir təşkilatlarında keçiriləcək konfranslar, partiya başqanı Arif Hacılının noyabrın 8-9-da Brüssel şəhərində Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində keçirilən müzakirələrdə iştirakı barədə danışılıb.

Divanda İraq və İranın sərhəddində baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi də yad edilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir