Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Bakıda aptekdə güclü təsiredici dərmanların qanunsuz satışı məlum olub

Bakıda fəaliyyət göstərən apteklərdə güclü təsiredici dərmanların qanunsuz satışı ilə bağlı tədbirlər həyata keçirilməkdə davam edir. Məlumatı Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsi yayıb.

Məlumata görə, Yasamal rayonu, Şərifzadə küçəsi, 148 ünvanında fəaliyyət göstərən “Best Pharma” MMC-yə məxsus aptekdə tramadol və preqobalin tərkibli “Paden” adlı 7 ədəd həbi qanunsuz satmasına əsaslı şübhələr olan Natiq İsmayılov saxlanılıb. Noyabrın 11-də Bakı Şəhər Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 240.2.2-ci (təkrarən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma) maddələri ilə cinayət işi başlanıb.

Aptekə baxış zamanı 42 ədəd “Lyrica pfizer” həbi, güclü təsir edən dərmanların dövriyyəsi ilə bağlı qeydiyyat dəftərləri, təhlükəsizlik kamerasının yaddaş qurğusu aşkar edilərək maddi sübut kimi götürülüb.

İstintaqla bu dərmanların ayrıca satılması, pulunun ayrıca yığılması, bu dərmanların xüsusi hazırlanmış gizli yerdə saxlanılması müəyyən olunub, həmin yerdən 40 min manatdan artıq dəyəri olan müxtəlif tərkibli güclü təsir edən maddələr aşkar edilib.

N.İsmayılov Cinayət Məcəlləsinin 240.3.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində scinayətə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Aptekin faktiki rəhbəri İlham Yusifov Cinayət Məcəlləsinin 308.1 və 240.3.2-ci maddələri ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, gizləndiyi üçün barəsində axtarış elan edilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir