Cəlal adlı Qarabağ əlili Şirvan Şəhər İcra Hakimiyyəti binası qarşısında intihara cəhd edib.
Bu barədə AzeuroNews.com-a verilən xəbərə görə, Qarabağ əlili icra başçısı Mərdan Camalovun qəbuluna düşmək istəyib.
Dəfələrlə qəbula düşmək və problemini çatdırmaq istəyən Cəlalın müraciətlərinə əhəmiyyət verilməyib. M.Camalovun Qarabağ əlilinə qarşı laqeydliyi onu intihara sürükləyib.
Qarabağ əlili noyabrın 17-də Şirvan ŞİH-nin qabağına gələrək əlindəki bıçağı boğazına tutub özünü öldürmək istəyib. Ətrafdakılar ona yaxınlaşmaq istəsə də, özünü öldürəcəyini deyib.
Məlumata görə, hadisə zamanı icra başçısı İH-nin arxa qapısından çıxaraq ərazini tərk edib. Dərhal polislər ərazini mühasirəyə alıb, təcili yardım maşını cəlb olunub.
Cəlalla danışıqlar aparılıb və onun Amil adlı dostu danışıq üçün ŞİH-nə dəvət olunub. Sonra Qarabağ əlilini intihar etmək fikrindən daşındırıblar.