“The Independent” yazır ki, Britaniyanln təhsil müfəttişləri ibtidai məktəbə hicabla gələn müsəlman qızlarını sorğu-sual edəcəklər.
Qızların bu barədə verdikləri izahat mərktəbin hesabatlarında qeyd olunacaq. Belə bir izahatlara ehtiyac bir çox qızların hicablanmağa məcbur edildiklərinə dair məlumatlardan doğub.
Baş məktəblər müfəttişi Amanda Spielman bu barədə qərarı bazar günü elan edib.
O deyib ki, məktəblər qızlara dərslərə yalnız dini geyimdə gəlməyi tapşırmış olduqları halda qanunları pozmuş ola bilərlər.
Bir sıra ekspertlər bildirirlər ki, belə az yaşlarından qızların hicab geyinməsi onların erkən seksuallaşdırılması kimi də qəbul edilə bilər.
Çünki qızlara hicab geyindirilməsi onların yetkinlik yaşına çatmasından sonra yad kişilərdən qorunması üçün edilir.
Xanım Spielman deyib ki, müfəttişlər qızlardan məktəbə niyə dini geyimdə gəlmələrinin səbəbini soruşacaqlar.
“The Sunday Times” qəzeti üçün keçirilmiş sorğunun nəticələrinə görə İngiltərədəki 800 ibtidai məkətbin 18 faizində hicab məktəbli formasının bir variantı kimi qəbul edilir.
Bundan əvvəl Milli Dünyəvilik Cəmiyyətinin apardığı sorğu İslam məktəblərinin, 27 ibtidai məktəb də daxil 42 faizində hicabın icbari məktəbli forması kimi qəbul edildiyini göstərmişdi.
Cəmiyyət təhsil naziri Justine Greening-ə məktubunda ondan məktəbli qızlara hicab məsələsində seçim verilməsinin təmin olunması xahiş edir.
Bu məktubda həm də qeyd olunur ki, bir çox məktəblər təməlçiliyin qarşısından geri çəkilərək, hicabın məktəbli forması kimi qəbul edilməsi yolunu seçirlər.