Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Gündəm Hadisə

Şirvanda yol çöküb – Binalar ciddi təhlükədə

Şirvanda magistral kanalizasiya xətti tutulub və nəticədə avtomobil yolu çöküb.
APA xəbər verir ki, Şirvan şəhərinin Xəqani küçəsində 200 metrdən çox məsafədə magistral kanalizasiya xəttinin tutulması nəticəsində yolun iki tərəfində yerləşən binalar üçün ciddi təhlükə yaranıb.
Binalararası avtomobil yolu bir neçə hissədə çöküb. Magistral xətlə gedən çirkab kanalizasiya suları asfaltın üstünə çıxaraq binaların zirzəmilərinə dolub. Su axını binaların özüllərinə də təhlükə yaradır.
Şirvan Su-kanal idarəsinin müdiri Hamlet Hüseynov bildirib ki, kanalizasiya xəttində yaranmış problem sovet dövründən qalma problemdir. Hazırda magistral kanalizasiya xəttində yaranmış qəzalı vəziyyətlə əlaqədar “Azərsu” ASC tərəfindən tədbirlər görülür. Xəqani küçəsinə “Azərsu” ASC-nin texnikası və işçi qüvvəsi cəlb edilib.
Yeni plastik kanalizasiya boruları gətirilib. Qəzanın aradan qaldırılması yaxın 15-20 gündə yekunlaşacağı bildirilir.
Baş vermiş qəza ilə əlaqədar “Azərsu” ASC-nin rəhbər şəxsləri hadisə yerinə gəliblər. “Azərsu” ASC-dən verilən məlumata görə, yaxın aylarda Şirvan şəhərinin kanalizasiya xətləri yenidən qurulacaq. Artıq bunun üçün  maliyyə vəsaiti ayrılıb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir