Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Siyasət

Ali Məhkəmə 4 nəfəri öldürən müstəntiqin xeyrinə qərar verdi

Bu gün Ali Məhkəmədə 4 nəfərin ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən, Ağcabədi Rayon Polis Şöbəsinin müstəntiqi İqbal Nağıyevin barəsində Şirvan Apellyasiya Məhəkəməsinin çıxardığı bəraət qərarından verilən kassasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, qərar qüvvədə saxlanılıb. Məhkəmə İ.Nağıyevə bəraət verilməsini qanuni hesab edərək kassasiya şikayətini rədd edib.

Qeyd edək ki, 2012-ci il dekabrın 31-i, saat 21.10 radələrində Mingəçevir sakini Mehdiyev Cabbar Məmməd oğlunun idarə etdiyi 10 XO 538 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil Ağcabədi sakini, 1985-ci il təvəllüdlü Nağıyev İqbal Adil oğlunun idarə etdiyi 90 DB 556 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə sürücü C.Mehdiyev və onun avtomobilində olan sərnişinlər – Mingəçevir sakini, 1962-ci il təvəllüdlü Hacıyev Mübariz Əhməd oğlu Yevlax sakini, 1986-cı il təvəllüdlü Həsənov Qnyaz Ağəli oğlu və daha bir nəfər ölüb.

Qəzada xəsarət alan Yevlax sakini, 1987-ci il təvəllüdlü Ağayev Rauf Ağəli oğlu və 1982-ci il təvəllüdlü Əliyeva Pərvanə Vəli qızı Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriblər. R.Ağayev ambulator yardım aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Nağıyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Şirvan Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək İ.Nağıyevə bəraət verib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir