Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Hadisə

AXCP üzvünün oğlunu məhkəmə həbsdə saxladı VİDEO

Bu gün Bakı Apelyasiya Məhkəməsində AXCP üzvü Cəlil Məhərrəmovun oğlu Məhərrəm Cəlilioğlunun şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Məlumat üçün bildiririk ki, Aprelin 25-də Binəqədi rayon Məhkəməsi Məhərrəm Cəliloğlu haqqında 2 aylıq inzibati həbs qərarı çıxartmışdı. Məhkəmə qərarında onun narkotikada ittiham edildiyi bildirilirdi.
Hakim Həsən Əhmədov aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlamağa üstünlük verərək şikayəti təmin etməyib.
Məhkəmədən sonra Məhərrəm Cəliloğlunun atası Cəlil Məhərrəmov həbsin siyasi motivli olduğunu və AXCP-yə və şəxsən onun özünə qarşıı olduğunu bildirib. O bundan əlavə, oğluna qarşı qanuna və əxlaqa zidd formada təzyiq göstərildiyini də bəyan edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir