İyunun 25-29-da Avropa Şurası Parlament Asambleyasının yay sessiyası keçiriləcək.Modern.az-ın məlumatına görə, iclasda Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti yeni tərkibdə iştirak edəcək. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxildir:
Sessiyanın ilk günündə Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkilərini izləmiş müşahidə missiyasının rəhbəri Riçard Badea seçkilərə dair hesabatını təqdim edəcək. Həmçinin yay sessiyası zamanı AŞPA yeni prezident seçəcək. Sessiyada Xorvatiya, Slovakiya baş nazirlərinin və Lüksemburqun xarici işlər nazirinin çıxışı da gözlənilir.
Bundan əlavə, AŞPA-nın Monitorinq komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçi Sezar Florin Predanın yerinə təyinat olacaq.