Məhbus ailələri yaxınlarının şəkili olan köynəklə dinc yürüş ediblər
İyunun 15-də siyasi əsaslarla həbs olumuş bir qrup məhbus ailəsi şəhərin mərkəzində saxlanılıb.
Onlar məhbus olan yaxınların əksi olan köynəklərlə dinc yürüş edirmişlər.
Aksiyaçılar tədbiri məhbusların ədalətsiz həbslərini gündəmə gətirməkləri ilə izah ediblər.
Ərazidə olan polislər aksiya iştirakçılarına heç bir səbəb göstərmədən təzyiq altında maşına mindirib 9-cu bölməyə aparıblar.
Bölməyə aparılanlar arasında jurnalist Sevinc Vaqifqızı da olub. Yarım saat sonra hamını buraxıblar.
Siyasi əsaslarla həbs edilmiş AXCP sədrinin müavini Zümrüd Yağmurun verdiyi məlumata görə, 9-cu polis bölməsindən uzaqlaşan ailələr Daxili İşlər Nazirliyinin yanında yenidən saxlanılıblar.
Hazırda onların çəkiliş aparıb-aparmaması yoxlanılır.///meydan.tv