Ölkədə xalqla silahlı qüvvələr arasında həmrəylik,hərbçilər siyasi əmrləri yerinə yetirməkdən imtina edə bilər
Son günlərin siyasi kuluarlarda gizli – gizli də olsa əsas müzakirə mövzularından biri də polisin və daxili qoşun bölmələrinin bir neçə zabitinin etiraz aksiyalarında dinc aksiyalar zamanı xalqa qarşı güc tətbiq etməmək haqqında öz aralarında razılığa gəlməsi məsələsidir. Əldə etdiyimiz bəzi məlumatlara görə, bir neçə zabit və əsgər dinc və iqtisadi tələblərlə keçirilən aksiyalar zamanı zor tətbiqinə qarşı çıxır. Zabitlər anlayırlar ki, xalqa qarşı münasib surətdə, düzgün və səmimi davranmaq lazımdır. Çünki bu ordunu yaradan bu xalqdır və onun sahibi də iqtidar deyil, bir qarın çörək naminə küçəyə çıxıb səsini ucaldan insnalardır. Adının çəkilməsini istəməyən bir mənbə atılan addımı belə qiymətləndirib: ““Xalqın nəzərində Hüquq Mühafizə orqanlarının, o cümlədən polisin, daxili qoşunların və eləcə də ordunun güclü və qüdrətli bir struktur kimi imicini qorumaq nə qədər vacibdirsə, qanuna və ədalətə sadiq bir qüvvə olaraq da onların statusunu qoruyub-saxlamaq daha vacibdir. Bunun üçün hər zaman xalqa ehtiramla yanaşma olmalıdır, dinin də, imanın da, beynəlxalq qanunların da vacib elementi budur ki, haqq-ədalətə sayğı göstərilsin və qanunsuz əməllərə gedilməsin”. Mənbənin sözlərinə görə hazırda iqtidar adtığı bəzi qanunsuz addımlarda təkcə öz nüfuzunu xərcləmir həm də, silahlı qüvvələrin nüfuzunu xərcləyib onları xalq arasında gözdən salır, öz güc aləti kimi nümayiş etdirir və xalqda onlara olan inamı yox edir, onların qanunların aliliyinə, insan haqqlarına, haqqa-ədalətə heç bir əhəmiyyət verməyən və ən əsası da öz mövqeyi olmayan bir vəhşi qüvvə imicində təqdim edir. “İqtidara sərf edir ki, hərbçilərlə xalqı qorxutsunlar, çünki məqsəd silahlı qüvvələrin müvafiq birlikləri ilə xalqı baş-başa qoymaqdır. Xalq əzazil ordudan qorxacaq, ədalətsiz məmurlardan qorxacaq, öz gücsüzlüyünü hiss edəcək və belə olsa etiraz etməyəcək. Lakin silahlı qüvvələr xalqımızla həmrəydir. Siyasi əmrləri yerinə yetirməmək və buna görə cəzalanmaq hesabına olsa da, silahlı qüvvələr, daxili qoşunlar xalqımızı öz sevgisi ilə qoruyacaq” – deyə bildirən mənbə əlavə edib ki, təəssüf ki, polis orqanları çox korrupsiyalaşıb, ona görə də hələ ki, polisin daxili qoşunlar kimi adekvat davranacağını düşünə bilmək üçün vaxt lazımdır.