Nizami rayonu, Ə.Nəvai 5 ünvanında yaşayan Laçın rayonundan məcburi köçkün Təmrazov Zöhrab Qəzənfər oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının birinci Vitse-prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehtiyev və Milli Məclisinin sədri cənab Oktay Əsədova müraciət edib.
Müraciətin bir nüsxəsi redaksiyamıza göndərilib.
Müraciətdə qeyd olunur ki, Zöhrab Təmrazov 2014-cü ilin fevral-aprel ayları aralığında yaxın qohumu, Laçın rayon sakini, Nizami rayonu, Rüstəmov küç. 94 ünvanındakı yataqxanada məskunlaşmış Əhmədov Nazim Səməd oğluna məxsus Binə qəsəbəsindəki torpaq sahəsini almaq məqsədilə “Mercedes-240” markalı avtomobilini 11000 dollara ikinciyə satıb: “Nazim Əhmədov 1200 manatı nəğd şəkildə ödədir. Aradan xeyli müddət keçdikdən sonra torpaq sahəsinin yalan olduğunu bilmiş və Nazimdən yerdə qalan 7200 manatımı tələb etmişəm. Eyni zamanda təqribən eyni vaxtda digər yaxın qohumum Məmmədova Fəhruz Yusif qızından 5000 manat mənim vasitəmlə Nazimə vermişik. Bakı şəhəri Nizami rayonu, Məhsəti küç. 9, mənzil 33 ünvanında yaşayan Nazimin yaxın dostu Allahverdiyev Gəray Surxay oğluyla birlikdə bildirdiklərinə görə Fərzəliyev Əziz adlı şəxs məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış evini Nazimin adına (məcburi köçkün olduğuna görə) sənədləşdirərək Fəhruza verəcəklərini bildiriblər. Qeyd edim ki, 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq biz bu pulları geri ala bimirik”.
Şikayətçi bildiri ki, aradan 6-7 ay keçdikdən sonra məlum olub ki, Nazim Əhmədov Gəray Allahverdiyevlə birlikdə etibarından sui-istifadə edərək onu aldadıb: ” Allahverdiyev Gəray bizə bildirmişdir ki, bizdən aldığı pulları Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işləyən Elman və Fərzəliyev Əziz adlı qohumlarına verib. Bildirmək istəyirəm ki, bunlar tək məni yox, digər qohumlarımın da etibarından sui-istifadə edərək onlardan da küllü miqdarda pul alaraq aldatmışdılar. Belə ki, yaxın qohumlarım Təmrazov Mahir Əhliyyət oğlu və Bəxtiyarov Rahib Bəxtiyar oğlundan da Allahverdiyev Gəray və onunla birlikdə əlaqəyə girən Əhmədov Nazim Təhməzov Etibar və Fərzəliyev Əziz məni və qohumlarımı aldatmış və alınan pulların böyük hissəsini geri qaytarmamışdılar. Qeyd edim ki, B.Rahib də mənim kimi, yaxın qonumumuz olan Əhmədov Nazim Səməd oğlu vasitəsilə tanıdığı Allahverdiyev Gəray Surxay oğluna 2014-cü ilin fevral ayında əvəzində torpaq sahəsi verilməklə 12 300 dollar dəyərində “Mercedes” markalı avtomobil vermişdir. Ona veriləcək torpaq sahəsinin qiyməti 7200 manat müəyyən olunmuşdur. Bir müddətdən sonra müəyyən olunmuşdur ki, o da mənim kimi aldadılmışdır. A.Gərayın bildirdiyinə görə pulu yaxın dostu Təhməzov Etibara vermişdir. Müəyyən qədər vəsaitdən aldıqdan sonra A.Gəray borclu olduğu 6000 manat pulu geri qaytarmamışdır. A.Gərayın bildirdiyinə görə 2-3 ay avtomobili sürdükdən sonra Anar adlı şəxsin yanında girov qoyaraq 5000 manat faizlə pul götürüb. Sonra pulu və faizi qaytara bilmədiyinə görə avtomobili Anar satıb.Çox çətinliklə pulun bir hissəsini alsa da, qalan 6000 manatını bu günə qədər ala bilməmişdir.
Eyni zamanda yaxın qohumum Bərdə rayon sakini Təmrazov Mahir Əhliyyət oğlu da Allahverdiyev Gəray Surxay oğlu vasitəsilə aldadilmiş və 1000 (min) manat pulu mənimsənilmişdir”.
Müraciətdə qeyd olunur ki, hadisə ilə bağlı 2015-cı ilin dekabr ayında hər üç nəfər əvvəlcə Bakı şəhər Nizami rayon 25-ci Polis Bölməsinə, sonra isə Nizami rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib: ” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün əsasların olması və bu şəxslərin qabaqcadan əlbir olub bizləri aldatmaları aydın şəkildə ortada olduğu halda, Nizami rayon polis idarəsinə etdiyimiz şikayətlər heç bir nəticə verməmiş, polis idarəsi və polis baş leytenantı müstəntiq Tural Hüseynov dələduzları müdafiə etmiş və 04 may 2016-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, guya Nazim Əhmədovla G.Allahverdiyevin Azərbaycan Respublikası CM-nın 178-ci maddəsinin tərkibini yaratmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib. Çox təəssüflər olsun ki, Nizami rayon Polis İdarəsi sözügedən şəxslərin qulluq mövqelərindən istifadə edilməklə dələduzluq (AR CM-nin 178.2.3-cü maddəsi), vəzifə saxtakarlığı ( AR CM-nin 313-cü) və s. kimi cinayət tərkibləri ilə müşayiət olunan qanunsuz əməllərinə etinasız yanaşmış və himayə etmişdir.
Mən Əhmədov Nazim və Allahverdiyev Gəray Surxay oğlundan sözügedən cinayət xarakterli əməlləri barədə 2015-ci ildən hazırkı vaxtadək mütəmadi olaraq, şikayət ərizələrim vasitəsilə hüquq-mühafizə orqanlarını məlumatlandırmışam. Eyni zamanda, məlum olduğu kimi, cinayət-prosessual qanunvericiliyin tələblərinə və prinsipinə müvafiq olaraq, etibardan sui-istifadə ilə törədilmiş dələduzluq əməlinə görə cinayət hadisəsi geniş araşdırılmamışdır. Lakin, müstəntiq Tural Hüseynov Allahverdiyev Gəray Surxay oğlunu cinayət məsuliyyətindən yayındırmağa və onu himayə etməyə o qədər aludə olmuşdur ki, 04 may 2016-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qanunvericiliyin formal tələblərinə belə riayət etməyi unudaraq bizə qəbul etdiyi qərarı rəsmi təqdim etməkdən imtina etmişdir. Uzun uzadı Polis İdarəsinə get-gəldən sonra qərarı yalnız 2016-cı ilin dekabr ayında alaraq şikayət etmək qərarına gəlmişik. Qeyd edim ki, müstəntiq Tural Hüseynov Gəray Allahverdiyevin yaxın qohumu olduğunu bildirmişdir. Eyni zamanda biz şikayətin araşdlırılması məqsədilə dəfələrlə Polis İdarəsinin qarşısında gözləmişik, dəfələrlə T.Hüseynov bizi qəbul etməyib, işin nəticəsi haqqında bizi məlumatlandırmamışdır.
Qeyd edim ki, prokurorluq orqanı əməkdaşlarının qanunauyğun fəaliyyəti nəticəsində 11 yanvar 2016-cı il tarixdə (N 1039Ş-16) Bakı şəhəri Nizami rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4 maddəsinin tərkib əlamətləri olduğundan həmin maddə ilə cinayət işinin başlanılması barədə qərar qəbul edilərək ibtidai istintaq aparılması üçün aiddiyatı üzrə Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinə göndərilmişdir.
Bundan sonra iki aydan artıq vaxt keçməsinə baxmayaraq Nizami rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Nicat (soyadını xatırlamıram tel: 051 831 66 21) hadisə ilə bağlı hər hansı istintaq hərəkəti aparmır və şikayətçi kimi bizə heç bir məlumat vermir. Bu müddətdə müstəntiq Nicat tərəfindən hər gün aldadılır, saatlarla polis idarəsinin qarşısında gözləsək də, mənə və digər şikayətçilərə hər hansı cavab verilmir.
Hörmətli Mehriban xanım!
Nizami rayonu Polis İdarəsinin müstəntiqlərinin bizə qarşı olan hərəkətləri başadüşülən deyil. Aldığım məlumata görə cinayətkar qrupun bəzi üzvləri ölkəni tərk etmişlər. Bütün bu deyilənləri nəzərə alaraq cinayətkarların cəzalandırılması üçün bizə yardım etməyinizi Sizdən xahiş edirəm. Qeyd edim ki, biz artıq həmin müstəntiqin (kapitan Nicat) bizim işi ədalətli aparacağına inanmırıq”.
İmza: Təmrazov Zöhrab Q.
Bəxtiyarov Rahib B.
Təmrazov Mahir Ə.