Martın 13-də Xəzərdə tapılan cəsədin kimliyi müəyyənləşib. Bu, 2016-cı il dekabrın 15-də Nərimanov adına NQÇİ-nin estakadasının uçması nəticəsində itkin düşən Ramiz Abbasovdur. Bu barədə Dövlət Dəniz Administrasiyası məlumat yayıb.
Qəza nəticəsində 10 nəfər itkin düşüb. Sonradan üç nəfərin cəsədi tapılıb. R.Abbasov dördüncüdür.
Altı neftçi hələ də itkin düşmüş sayılır.
2015-ci il dekabrın 5-də baş vermiş qəza zamanı isə 32 nəfər dənizə düşüb. Onlardan 12-nin cəsədi tapılıb. Qalanları itkin düşmüş sayılır.