Azərbaycan Voleybol Federasiyasına yeni prezident təyin olunub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib ki, bu gun Milli Olimpiya Komitəsində Azərbaycan Voleybol Federasiyasına yeni prezidentin təyin olunması ilə bağlı iclas keçirilib.
İclasda qərara alınıb ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov federasiyanın yeni rəhbəri seçilsin.
İclasda gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər iştirak ediblər.
Qeyd edək ki, federasiyanın bundan öncə prezidenti nəqliyyat naziri Ziya Məmmədov olub. (Trend)