Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Bakıda “pis ruhları çıxardan” ana 5 yaşlı oğlunu öldürdü

ushaq-300x169Bakıda dini təriqət üzvü olan qadın 5 yaşlı oğlunu boğaraq qətlə yetirib. Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib. Sayt bu məlumatı hüquq-mühafizə orqanlarından əldə edib.

Məlumata görə, orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.
Məlum olub ki, uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova öldürüb. Belə ki, N.Qulubəyova “pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. (Report)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir