Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Bundan sonra “Azadlıq”ın yalnız iki nömrəsi nəşr oluna bilər

azadliq_qezetiSəbəb borcla yanaşı, həm də qəzetəyaradılan əlavə problemlərdir

Azadlıq” qəzetinin bugünkü sayını son anda nəşr etdirmək mümkün olub. Buna səbəb isə Azərbaycan Nəşriyyatının yaranmış borca görə qəzetin çapından imtina etməsi idi. Nəşriyyat rəhbərliyiəvvəlcə “Azadlıq”ı çap etməkdən imtina edirdi.

Amma sonradan borcun əhəmiyyətli hissəsinin ödənilməsi üçün “Azadlıq”a sentyabrın 5-nə qədər vaxt vermək qərarına gəldi və qəzetin çapı mümkün oldu.

Son illərdə müxtəlif təzyiqlər üzündən maliyyə vəziyyəti onsuz da pis olan “Azadlıq”ın durumu qəzetin yayım direktoru Faiq Əmirlinin həbsindən sonra daha da ağırlaşıb. Bunun da başlıca səbəbi qəzetin satışından əldə olunan vəsaitlə bağlı bankəməliyyatları aparılmasının mümkün olmamasıdır. Bu problemin həlli üçün səlahiyyətli şəxs bank əməliyyatları aparmaq səlahiyyəti əldə etməlidir.

Bu problemin həlli üçün müraciət etdiyimiz dövlət orqanı imza nümunəsini təsdiqləməkdən imtina edir. Bu səbəbdən də redaksiyanın bank hesabındakı vəsaitiəldə etmək imkanımız yoxdur”, – deyə “Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib.

Belə bir vəziyyət o anlama gəlir ki, bundan sonra “Azadlıq”ın yalnız iki nömrəsi nəşr oluna bilər…

Azadlıq”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir