Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya Xəbərlər

Mark Zukerberqə qarşı istintaq işi başladıldı

mark-sukerberqAlmaniyanın Münhen prokurorluğu “Facebook” rəhbəri Mark Zukerberqə və şirkətin top menecerlərinə qarşı istintaq işi başladıb. Onlar millətlər arası nifaqı alovlandırmaqda ittiham olunurlar.

İstinqtaq Vürzburq şəhərinin vəkillərindən birinin məhkəmə iddiasından sonra başladılıb. O, “Facebook” rəhbərliyini qətlə çağırış, zorakılıq təhdidləri, holokostun inkarı və digər qanun pozuntularının yayılmasına dair fəaliyyətsizlikdə günahlandırır.

“Facebook” qanunsuz kontentlərin yayımlanmasından xəbərdar olduğu anda onu pozmağa borcludur, – Spigel nəşri bildirir. Məhkəmə iddiasının müəlliflərindən biri bildirib ki, şirkət bu cür informasiyaların yayılmasına dair tez-tez fəaliyyətsizlik göstərir və ya standart cavab verir ki, iddia edilən kontent şübhə doğurmur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir