Eldəniz Quliyev: “Bu cür ucuz qısasalma yolverilməzdir”
Həbs olunmuş Dindarların Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev İslam Partiyasının həbsdə olan sədri Hacı Mövsüm Səmədovla bağlı narahatlığını dilə gətirib.
H.M.Səmədovun Qobustan qapalı həbsxanasından 12 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyünü və bu müəssisəyə daxil olan kimi 15 günlük cərimə kamerasına salındığını bildirən E.Quliyev, bunu ucuz qısaslma kimi dəyərləndirib:
“Biz Müdafiə Komitəsi olaraq baş verənlrələ bağlı narahatlığımızı və etirazımızı bildiririk. Hesab edirik ki, bu cür uzun qisasalma yolverilməzdir və təcili olaraq bütün əlaqədar qurumları tədbir görməyə çağırırıq”. (Moderator.az)