Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Qarabağ qazisi acınacaqlı durumda, başçı müavini isə deyir ki…. – ŞİKAYƏT

1474834443_3Bərdənin Mirzalıbəyli kəndində yaşayan Cəmil Fətəliyev Fətəli oğlu rayon icra başçısına müraciət edib

Politika.Az-a göndərdiyi məktubda deyib ki, Qarabağ müharibəsi veteranıdır, II qrup əlildir.

Onun sözlərinə görə, ailəlidir və 7 nəfər ailə üzvüm var: “Təbriz şəhərində ürəkdən əməliyyat olunmuşam. Qaraciyərimdə serroz var. Böyrəklərim xəstədir, yüksək təzyiqim var və bronxitəm.
Həyat yoldaşım da xəstədir. 2 dəfə əməliyyat olunub. 1-ci dəfə Bakı şəhərində Onikoloji xəstəxanada, 2-ci dəfə isə Təbriz şəhərində müalicə olunub. Özü də şəkər, ürək, yüksək təzyiq və onikoloji xəstədir.
Günümüz həkimlərdə, xəstəxanalarda, apteklərdə keçir. Biz sizin və Vidadi İsayevin etdiyi köməkliyi sayəsində xərcləri birtəhər veririk. Buna görə də təşəkkürümüzü bildiririk.
Ancaq oğlum Fətəliyev Murad Cəmil oğlu 2003-cü ildə Kooperasiya Universitetini bitirib, Beyləqanda döyüş bölgəsində hərbi xidmətini başa vurub. Hazırda heç bir yerdə işləmir.
Oğlum Murad Fətəliyev işsizliyi barədə Bərdə rayon İcra başcısı cənab V.İsayevə və Bərdə Rayon Məşğulluq Mərkəzinə bir neçə dəfə ərizə ilə müraciət edib. Lakin bu günə kimi heç bir cavab almayıb”.

Qarabağ veteranı qeyd edib ki, oğlunun 34 yaşı var: “Bəs ona nə vaxt iş verəcəklər ki, o, işləyib 7 nəfər ailəsini dolandırsın və yaşamağa özünə ev tikdirsin? Biz də bilmirik ki, verilmiş təqaüd pullarımızla özümüzü müalicə etdirək, dərman alaq, həkimə verək, yoxsa oğlum Muradın özünün və 7 nəfər ailə üzvünü saxlayaq.

Bizə çox çətindir yaşamaq və dolanmaq. Nəyə gorə? İndi rayonda olan bəzi vəzifəli məmurlar, pulumuz olmadığına görə bizə nə iş, nə də icarəyə torpaq verirlər. Deyirlər hamısı, yəni pul, torpaq, vəzifə, bizim və qohumlarımızın olsun.

Heç ərizəmizdə qanunla baxıb cavab vermirlər və köməklik əvəzinə ərizələrimizi göndərirlər Məşğulluq Mərkəzinə. Bizim də ömrümüz yuxarıda göstərdiyim kimi bu cür xəstəliklərlə bugün-sabahlıqdır. Murada iş verəcəklər deyərək 8 ildir ki, bizi aldadırlar. Bərdə rayon İcra Başçısının birinci müavini V.Qarayev deyir ki, iş yoxdur. Əgər iş yoxdursa, bu 8 ildə yoxlayın görün neçə nəfərə iş və icarəyə torpaq veriblər.

Əksəri də öz adamları və qohumlarıdı. Hörmətli Prezident! Odur ki, Sizdən xahiş edirik, oğlum Murad Fətəliyev ailəsini dolandırmaq üçün təhsilinə münasib işlə təmin olunmasına köməklik göstərəsiniz”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir