Mediada “gizli mənbə” kimi göstərilən bu şəxs ölkəni tərk edib
Azərbaycan səhiyyəsindəki özbaşnalıqlar barədə bizə məlumat verən mənbə ölkəni tərk edib. Bu barədə mənbənin özündən məlumat almışıq. O, ölkəni tərk etsə də adının açıqlanmasını hələ də istəmədi, belə ki, Səhiyyə Nazirlyin şöbələrin birində baş mütəxəsis vəzifəsində çalışan şəxs bildrdi ki, həm Azərbaycanda , həm də ondan kənarda həyatı üçün təhlükə yarana biləcəyini ehtimal edir. Buna görə də bacardıqca gizli qalmağa çalışır. Nazirlikdəki mənbə bizə ölkəni tərk etməsinə səbəb olmuş konkret fakt barədə danışdı. Belə ki, bir müddət əvvəl Besan MMC haqda Azərbaycan mediasında yazı getdiyindən yəqin xəbərdarsız. Bu yazıda sizə bildrilirdi ki, qeyd olunan özəl şirkət Azərbaycana dərman pereparatları gətirsə də Səhiyyə Nazirliyində bu məsələyə baxan şöbə dərmanları ölkəyə buraxmır. Səbəb isə Paşayevlərin bu sahəni monopoliyaya götürməsidir. Besan MMC şirkətinin bütün sənədləri qaydasında olsa da onların məhsulları gömrük idarəsində saxlanırdı. Mənbə çalışdırğı idarədə buna etiraz edib və daha sonra isə bu haqda məlumatı mediaya ötürmüşdü. Mənbənin məlumatına görə ləvazimatların ölkəmizə buraxılmaması haqda məqalə dərc olunduqdan sonra müdiri onu yanına çağıraraq informasiyanın mtbuata sızmasında ondan şöbhələndiyini deyib. Mənbə bunu təkzib etsə də, rəhbərlik həmçinin ona bildirib ki, araşdırma nəticəsində bu fakt təsdiqini taparsa onu ciddi problem gözləyir və hətta onun bu hərəkəti Səhiyyə Nazirliyindəki bəzi rəhbər şəxslər üçün də başağrısına çevrilə bilər. Mənbənin ölkədə olmadığı müddətdə araşdırma bütün izləri onun üzərinə gətirib. Bundan sonra onun evinə naməlum şəxslər gedərək onun atasından və həyat yoldaşından onun yerini soruşublar. Bundan sonra gizli mənbə həyatına təhlükə olduğunu bildirirək səfər etdiyi ölkədən geri qayıtmamaq qərarı verib. Qeyd edək ki, mənbə bildirib ki onun ölkədə olmadığı müddətdə oğlu dünyaya gəlib və onun üzünü belə görə bilməyib.