Fələstin prezidenti Amerikaya Qüdsü İsrailin paytaxtı kimi tanımamağa çağıraraq, bunun Yaxın Şərq sülh prosesinə maneə olacağı barədə xəbərdarlıq verib.
Vəfa xəbər agentliyi Mahmud Abbasa istinadən bildirib ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin Qüdsə köçürülməsi qəbuledilməzdir.
ABŞ rəsmiləri Trampın seçkiqabağı kampaniyaları zamanı vəd verdiyi kimi Qüdsü paytaxt kimi tanıyacağını və ABŞ səfirliyinin Qüdsə köçürəcəyini bildirir.
İsrail Qüdsü paytaxt elan etsə də, beynəlxalq ictimaiyyət şəhərin statusunun slüh danışıqları yolu ilə həll edilməsinə çağırır.
Fələstin 1967-ci ildə zəbt edilən Qüdsün şərq bölgəsini paytaxt hesab edir.