Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Hindistan ordusu dinc sakinlərə hücum etdi: ÖLƏNLƏR VAR

Hindistan ordusu Kəşmirin sərhəd xəttində atəşkəsi pozub.
Atışma nəticəsində Pakistan tərəfindən 3 nəfər həlak olub, 3-ü yaralanıb. Ölənlərdən 2-nin dinc sakin olduğu bildirilib.
Bu barədə Pakistan ordusundan rəsmi açıqlama verilib. Açıqlamada bildirilir ki, Pakistan əsgərləri dinc sakinləri təhlükəsiz yerə köçürərkən hind əsgərlər onlara atəş açıb.
Qeyd edək ki, iki ordu arasındakı atışmalar Kəşmirdə gərginliyin pik həddə çatdığı 2016-cı ildən bəri sıx-sıx baş verir. 1947-ci ildə İngiltərə müstəmləkəsindən qurtulan Kəşmir Hindistanla Pakistan arasında mübahisəli ərazi olub. İki öllkə arasındakı gərginlik səbəbilə bu günə qədər atışmalarda 70 000 dinc sakin həlak olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir