Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

İranda etirazlar davam edir

Avqustun 3-də İranın bir neçə şəhərində etirazlar davam etdirilib.
“Azadlıq Radiosu”nun xəbərinə görə, aksiyaçılar iqtisadi vəziyyətin pisləşməsi, infilyasiyanı artması, xüsusilə də milli valyuta rial-ın məzənnədən kəskin düşməsinə qarşı etiraz edirlər.
Artıq bir neçə gündür ki, ölkənin müxtəlif şəhərlərində sosial tələblərlə etiraz aksiyaları keçirilir.
Onlarla etirazçı paytaxt Tehranda ölkənin ali dini lideri “Ayatolla Ali Khameneinin ünvanına ölüm”, “İranlılar tələblərinizi istəyin” şüarları səsləndirirlər.
Məlumata görə, paytaxt Tehranın mərkəzində və şimal məhəllələrində polis nəzarəti gücləndirilib.
“Azadlıq Radiosu”na göndərilən bir videoda isə Karac şəhərində polisin nümayişçilərin qarşısını kəsdiyi görünür. Amma hələlik itki və ya həbslər barədə məlumat yoxdur.
Həmçinin Məşhəd, İsfahan və Şiraz şəhərlərində etiraz nümayişləri keçirilib.
Son vaxtlar, İranın bir sıra iri şəhərlərində sosial tələblərlə vaxtaşırı etiraz aksiyaları keçirilir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trump bu ilin mayında ölkəsinin İranla 6 aparıcı dünya ölkəsi ilə imzalanmış nüvə sazişindən çıxdığını və Vaşinqtonun Tehrana qarşı iqtisadi sanksiyaları bərpa etdiyini bəyan elədi.
ABŞ iki mərhələdə, avqustun 6-ı və noyabrın 4-də İrana qarşı bütün sanksiyaları bərpa etmək fikrindədir.
Bir çox xarici şirkətlər buna görə İranla ticarət əlaqələrini kəsmək məcburiyyətində qalıblar.
Xatırladaq ki, Tehranla aparıcı dünya ölkələri arasında imzalanan nüvə sazişindən sonra İrana qarşı sanksiyalar aradan qaldırıldı, Tehran isə əvəzində nüvə fəaliyyətini dayandırdı.
Amma sazişə imza adan digər ölkələr-Almaniya, Böyük Britaniya,Fransa, Çin və Rusiya ona əməl edəcəklərini vəd ediblər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir