Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Tramp ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin xərclərini azaltmaq istəyir

“Hazırda ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinə böyük məbləğdə pul xərcləməyə ehtiyac yoxdur”. “Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb.
O hesab edir ki, hazırda Şimali Koreya lideri Kim Çen In ilə münasibətləri nisbətən yaxşıdır və ABŞ ilə Cənubi Koreyanın birgə təlimləri üçün əlavə xərcə ehtiyac yoxdur.
“Bununla belə, ABŞ prezidenti lazım bilərsə, Cənubi Koreya və Yaponiya ilə birgə hərbi təlimləri bərpa edə bilər”, – açıqlamada bildirilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir