Türkiyə Baş Prokurorluğu kiminsə ötən ilin dekabrında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən Mövlud Mərd Altıntaşın elektron poçtundan bütün mesajları sildiyini müəyyənləşdirib.
Media-fakt.info TASS-a istinadən xəbər verir ki, naməlum şəxs qatilin elektron poçt qutusuna Şimali Kipr Türk Respublikasındakı tələbə yataqxanalarından birində kompüterdən istifadə edərək giriş edib.
Hazırda prokurorluq bu yataqxanada yaşayan 300 tələbə haqqında məlumatları öyrənir.
İstintaq Altıntaşın mesajlarını FETÖ terror təşkilatından olan bir nəfərin silə biləcəyini düşünür.
Yenifakt.info
Müstəqil xəbərlər portalı