Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

“Aİ-nin üzvləri qaçqınları müsəlman olduqlarına görə qəbul etməmələri qəbuledilməzdir”

merkelAlmaniya kansleri Anqela Merkel deyib ki, Avropa İttifaqı üzvlərinin qaçqınları müsəlman olduqlarına görə qəbul etməmələri qəbuledilməzdir.

“Hər kəs öz payına düşəni yerinə yetirməlidir,” deyə o, ARD televiziyasına bildirib. “Mən düşünürəm ki, belə demək səhvdir. Biz humanitar yardım olub- olmasına baxmayaraq müsəlmanları ölkəmizdə istəmirik. Biz bunun müzakirəsini davam etdirməliyik.”

Almaniya rəsmiləri deyir ki, onlar 300 min miqranta 2016-cı ildə ölkəyə daxil olmaq icazəsi verəcək. Onların əksəriyyəti Əfqanistan, İraq və Suriyadandır. Həmin ölkələrdə onlar islamçı ekstremistlərin terroru ilə üzləşiblər.

Merkel 28 Avropa İttifaqı üzvünə miqrantların qəbuluna qvota qoyulmasını təklif edir.

Bir neçə Avropa İttifaqı üzvü, əsasən də milliyətçi liderlər Yaxın Şərq və Cənubi Asiyadan miqrantların qəbului planı ilə razılaşmır. Digər Avropa ölkələri isə qvotaya qarşı çıxır.

Çexiyanın baş naziri Bohuslav Sobotka deyir ki, o, böyük müsəlman icması istəmir, çünki problemləri biz görürük. O deyir ki, nə qədər miqrant qəbul edilməsi Avropa ölkələrinin ixtiyarına buraxılmalıdır.

Merkel bütün vətəndaşlar üçün açıq ziyafətində onu dəstəkləyənlər və qarşı çıxanlarla şəkil çəkdirib, əl verib və avtoqraflar imzalayıb.

Miqrant uşaqlar qaçqın düşərgəsində stolüstü futbol oynayırlar. Aşağı Saksoniya, Almaniya. 15 oktyabr, 2015.

O, çıxışı zamanı bildirib ki, siyasi atmosfer çətin zamanlar yaşayır. Lakin təhlükəsizlik Almaniya üçün əsas prioritetdir.

“Bəzən Suriya və digər yerlərdə dəhşətli mənzərəsini müşahidə etdiyimiz müharibəni dayandırmaq üçün həll yolu tapmaq olduqça çətindir. Biz problemlərə baxmayaraq Almaniyada olduğumuz və sülh şəraitində yaşadığımız üçün özümüzü xoşbəxt saymalıyıq.”

Yeni ictimai rəy sorğusu göstərir ki, almanların yarısı dördüncü dəfə kansler olan Merkelə qarşıdır. O, gələn il seçkilərdə namizədliyini irəli sürəcəyi barədə açıqlama verməyib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir