Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Lavrov: “Rusiya Əsədi dəstəkləmir”

Moskva Suriya prezidenti Bəşər Əsədi dəstəkləmir, əksinə, BMTTəhlükəsizlik Şurasının qətnaməsinə sadiqdir. “RİA Novosti” xəbır verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Suriyanın və bu ölkənin liderinin taleyini yalnız bu ölkənin xalqı müəyyən edə bilər.

“Biz Əsədi dəstəkləmirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə sadiqik. Suriyaya gəlincə isə, qətnamələrdə açıq-aydın yazılıb ki, Suriyanın taleyini yalnız Suriya xalqı müəyyən etməlidir”, – deyə Lavrob bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də bir neçə gün əvvəl “G20” sammitində çıxışı zamanı bildirmişdi ki, Suriyanın və Bəşər Əsədin taleyini yalnız Suriya xalqı müəyyən edə bilər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir