ABŞ dövlət katibi Reks Tillerson dörd ərəb dövlətinin Qətərə ünvanladığı 13 müddəalıq tələbnaməyə münasibət bildirib.
Dövlət katibinin fikrincə, sanksiyaların ləğvi müqabilində Qətər qarşısında qoyulan tələblərdən bir neçəsinin icrası çətindir. Lakin bu tələblər dialoqa və böhranlı vəziyyətdən çıxış yolu tapmağa əsas yaradır.
Tillerson tərəfləri dialoqa və terrorizmə qarşı tədbirləri birgə müəyyənləşdirməyə çağırıb: “Gərginliyi azaltmaq üçün tonu aşağı salmaq lazımdır”.