Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Ərdoğan: ABŞ Türkiyəni kürəyindən vurdu!

Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyəni «kürəyindən vurdu».
Xəbər verildiyi kimi, cümə günü ABŞ Türkiyədən idxal etdiyi polad və alüminiuma tətbiq olnan gömrük (idxal) rüsumunu iki dəfə artırdığını elan edib. Bu qərar Türkiyə lirəsinin tarixi çöküşünə səbəb olub.
«Bir tərəfdən, strateji müttəfiqlikdən danışırsınız, digər tərəfdən – öz həmkarınızı kürəyindən vurursunuz. Biz, bunu qəbul edə birlmərik» – Ərdoğan bəyan edib.
Prezident həm də qeyd edib ki, Ankara ABŞ-ın sanksiya təzyiqləri qarşısında geri çəkilmək fikrində deyil.
Ərdoğan eyni zamanda sosial şəbəkələrdə «iqtisadi terrorçuluğun» vüsət almasından danışıb. Onun sözlərinə görə, Türkiyə prokurorluğu belə fəaliyyətin təşəbbüskarları ilə məşğul olacaq.
Bunlardan başqa, Tünkiyə Prezidenti qeyd edib ki, Ankara «öz maraqları nəzərə alınmaqla» Moskva ilə münasibətləri inkişaf etdirəcək.
Bundan əvvəl, Ərdoğan ABŞ-ın sanksiyalarına çavab veriləcəyini vəd etmişdi. Onun sözlərinə görə, Türkiyə «yeni bazarlara üz tutmaq» və yeni birliklər çərçivəsində əməkdaşlığı aktivləşdirmək niyyətindədir (AzPolitika.info)

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir