Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, iyunun 23-də Xocavənd, Gəncə, Daşkəsən, Göygöl, Samux, Xızı, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Oğuz, Ağcabədi, Göyçay, Ucar, Ağdaş, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Sabirabad, Saatlı, Lənkəran, Astara, Lerik, Masallı, Xaçmaz, Şabran və Siyəzəndə yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanları keçirilib.
İmtahanda IX sinif üzrə iştirakı gözlənilən 31715 şagirddən 348 nəfəri imtahana gəlməyib. 2 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.
XI sinif üzrə imtahanda iştirakı gözlənilən 25372 şagirddən 924 nəfəri imtahana gəlməyib. 14 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub.
Buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Bakı şəhəri və regionlarda Apelyasiya Komissiyaları yaradılıb. Şagird və ya abituriyentlər Apelyasiya Komissiyalarına 29-30 iyun tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyaları Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 (Bakı Asiya Universitetinin binasında), DİM-inNaxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10), Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina), Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52), Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b), Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182), Şirvan Regional Bölməsi (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19), Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43) və Bərdə Regional Bölməsində (Bərdə ş., H. Əliyev prospekti, 100) fəaliyyət göstərəcək.