ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqlandın son açıqlaması əslində Azərbaycana mühüm bir mesajdır.
Bu sözləri Axar.az-a açıqlamasında “Baku Netvork” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. O, Hoqlandın bəyanatının Azərbaycanın maraqlarına uyğun olduğunu düşünür:
“Riçard Hoqlandın son açıqlaması əslində Azərbaycana bir mesajdır. Belə ki, Madrid prinsiplərinin yenidən açıqlanması nəinki İrəvana böyük zərbə, Qarabağ məsələsinin həlli istiqamətində ABŞ-ın Ermənistana təzyiqidir. Bu bəyanat birbaşa Ermənistandakı vəziyyətə də təsir edəcək”.
E.Ələsgərov bu fonda Ermənistandakı ümumi vəziyyətə də nəzər salıb:
“Ukraynadakı hadisələrlə paralellər aparsaq, görərik ki, bu ölkədəki Maydan hadisələri Avropa Birliyi ilə anlaşmanın imzalanmaması ilə başlamışdı. Hazırda Ermənistan da həmin yolla gedir və əgər Avropa Birliyi ilə (AB) çərçivə sazişi imzalaya bilməsələr, ölkədə vəziyyət gərginləşəcək”./axar.az