Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“İlkin Rüstəmzadə beynəlxalq təşkilatlara görə hiddətli və məyusdur”

Vəkil Fariz Namazlı 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan müvəkkilləri – 2013-cü ildə “Əsgər ölümlərinə son!” aksiyasının təşkilinə görə həbs olunan fəal İlkin Rüstəmzadə, Heydər Əliyevin heykəlinin postamentinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan dərhal sonra narkotik ittihamı ilə tutulan Bayram Məmmədov və “facebook” səhifəsində paylaşdığı statusa görə həbs edilən NİDA-çı fəal Elgiz Qəhrəmanla görüşüb.

Vəkil bildirib ki, onların hazırda saxlanma şəraitindən narazılığı yoxdur. Heykəl məhbusu Bayram Məmmədova da söz verilib ki, onun yer problemi həll olunacaq.
“İlkin Rüstəmzadə beynəlxalq təşkilatların biganəliyinə və susqunluğuna son dərəcə hiddətli və məyus idi. 2013-cü ildə onunla birlikdə həbs olunan daha yeddi nəfər NİDA-çının hamısı azadliga buraxilib. Yalnız İlkin Rüstəmzadə həbsdə saxlanılır. O, özunə qarşı olan siyasi diskriminasiyanın səbəbini başa düşmür”, – deyə vəkil bildirib.
Xatırladaq ki, 2013-cü ilin martında “Əsgər ölümlərinə son” aksiyasının təşkilinə görə həbs olunan İlkin Rüstəmzadəyə iğtişaşların təşkili ittihamı ilə 8 il cəza verilib. 2016-cı il mayın 10-da həbs olunan Bayram Məmmədov 10 il, həmin ilin avqustunda saxlanılan Elgiz Qəhrəman isə 5 il 6 ay azadlıqdan məhrum edilib.
Adları çəkilən gənclər ittihamları rədd edir. Yerli və beynəlxalq ictimaiyyət də onlara qarşı ittihamların saxta olduğunu bəyan edir. “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı bu gəncləri “vicdan məhbusu” elan edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir