Son 50 ildə ilk dəfə Kuba limanına ABŞ-dan gəlmiş səhayət gəmisi yan alıb.
Virtualaz.org «Frans Press» agentliyinə istinadən xəbər verir ki, gəminin sərnişinləri Havana, Syenfueqos və Santyaqo-de-Kubanı gəzmək niyyətindədirlər.
Laynerin göyərtəsində 700-dən çox sərnişin var.
Xatırladaq ki, Obama son 88 ildə Kubanı ziyarət etmiş ilk ABŞ prezidenti olub.