Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Siyəzən hadisələrinə görə tutulanlara hökm oxundu – YENİLƏNİB

Siyəzən hadisələrinə görə həbs olunanlara bu gün hökm oxunub. Məhkəmə yarıqapalı şəraitdə keçib. Məhbuslardan birinin qohumun verdiyi məlumata görə, məhkəmə 11 təqsirləndirilən şəxsin hər birinə 4 ildən 6 ilədək azadlıqdan məhrumetmə qərarı çıxarıb. Azadlıqdan məhrum edilənlərin tam siyahısı əlavə ediləcək.

***

Prokuror Siyəzən hadisələrinə görə tutulanlara 7 ilədək cəza istəyib – EKSKLYUZİV

Siyəzəndə 2016-cı ilin yanvar ayında keçirilən etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs olunan şəxslərin məhkəməsi başa çatmaq üzrədir.

Bu haqda “Basta”ya mühakimə olanan şəxslərdən birinin qohumu məlumat verib: “Siyəzəndə yüzlərlə insan həbs olunmuşdu. Bir çoxları sonradan azad edilsə də, 11 nəfər hələ də həbsdədir. Onlar Bakıda həbsdə saxlanılırdılar, amma indi məhkəməyə görə Siyəzənə gətiriblər”.

Mənbə bildirir ki, məhkəmə prosesi qapalı keçirilir, hətta məhbusların ailə üzvlərini də prosesə buraxmırlar.

“Siyəzəndə tutulanlara dəhşətli işgəncələr verilib. Onlar məhkəmədə bu işgəncələrdən danışanda heç kim eşitməsin deyə, nəinki jurnalistləri, heç məhbusların qohumlarını da məhkəməyə buraxmırlar. Məhbuslara və onların qohumlarına təzyiq edərək, müstəqil vəkillərin də prosesə qoşulmasına imkan verməyiblər. Ancaq polislər vasitəsilə xəbər almışıq ki, məhkəmə artıq başa çatmaq üzrədir. Prokuror tutulanlara 7 ilə qədər cəza kəsilməsini istəyib, bu günlərdə məhkəmə başa çatacaq”, – mənbə bildirib.

Xatırlatma

 Bastainfo.com

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir