Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Dünya Gündəm İctimai Siyasət Xəbərlər

Paşinyan əməkdaşlığın zəruriliyi və ermənilərin strateji səhvlərindən danışdı

Regionda düşmənçiliyin öhdəsindən gəlmək Ermənistanın xarici siyasətinin vacib, əsas komponentinə çevrilə bilər.

Bu barədə avqustun 24-də parlamentdə çıxış edən baş nazir Paşınyan deyib.

Onun sözlərinə görə, düşmənçiliyin dərinləşməsi regionun stabilliyi və təhlükəsizliyi üçün təhdiddir. Ermənistanın regional komunikasiyaların açılmasına yönəlik səyləri və digər tərəfdən kontruktiv yanaşmanın nümayişi sülh və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasına gətirib çıxaracaq. Bu nöqteyi nəzərdən 9 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatın bəndlərinin tam reallaşdırılması əsasdır.

“Bu regional məsələdir və hesab edirəm ki, regionda düşmənçilik mühitinin öhdəsindən gəlmək bizim regional xarici siyasətin və əməkdaşlığın özəyi ola bilər, həmçinin regionun digər ölkələrini də maraqlandıra bilər. Bu məsələ onları maraqlandırmaya bilər, ancaq hətta bu halda da bizim gündəmdə qalmalıdır”, – deyə Paşınyan bildirib.

O həmçinin qeyd edib ki, Yerevanın Qarabağ məsələsinin nizamlanması istiqamətində ardıcıl olmayan mövqeyi əhəmiyyətli zərər vurub və erməni tərəfi arzuladığına nail olmayacağın təqdirdə nələrin olacağını düşünmürdü.

“Azərbaycanın ritorikası həmişə və hər yerdə eyni idi, Ermənistanın isə ölkə daxilində, xarici mühitdə və danışıqlar masasında fərqlənirdi. Bu sualın cavabı yox idi: danışıqlar masasında bizim üçün əlverişli olan nəticə əld edilməsə nə edəcəyik? Bu sistemli problem situasiyaya ciddi təsir etdi”, – deyə Paşınyan bildirib.

Contact.az

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir