Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Kiçik partiyaların liderləri prezident seçkilərində iştirak etmək istəyirlər

Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyev və Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev 11 aprel prezident seçkilərində iştirak etmək istəyirlər.

Bu barədə müvafiq qərarlar bazar ertəsi və çərşənbə günü həmin partiya rəhbərlərinin iclaslarında qəbul edilib. Bu barədə partiyaların mətbuat xidmətlərinin məlumatında deyilir.

Bu partiyaların ölkənin siyasi həyatında xüsusi rolu yoxdur, onların liderləri isə az tanınır.

Yaxın vaxtlarda bir neçə orta və kiçik partiyaların prezident seçkilərində iştirakını bəyan edəcəyi gözlənilir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir