Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Azərbaycanda elektron iştirakçılıq məsələləri müzakirə edilib

Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İctimai Birliyinin eksperti Vüqar Hüseynov  tərəfindən icra olunan “e-vetendash.az onlayn platformasının yaradılması” layihə çərçivəsində Elektron vətəndaş iştirakçılığı” mövzusunda   dəyirmi masa keçirilib.

Layihə haqqında məlumat verən V.Hüseynov bildirib ki, dəyirmi masada “e-vetendash.az onlayn platformasının yaradılması  layihəsi” çərçivəsində son illər dünyada diqqət mərkəzində olan və qlobal bir trendə çevrilən elektron vətəndaş iştirakçılığı mövzüsunda müzakirələr aparılacaq: “Bundan öncə qeyd edim ki, Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir.  Bu proqram çərçivəsində  e-vetendash.az onlayn platformasının yaradılması  layihəsi dəstəklənib. Layihənin məqsədi İKT-dən istifadə edərək daşınmaz əmlakla bağlı əməliyyatlar, fərdi evlərin tikilməsi, sosial xidmətlərin göstərilməsi sahəsində yüz minlərlə vətəndaşın marağına toxunan problemlərin həlli, təkmilləşdirmələr aparılmasında vətəndaş iştirakçılığının dəstəklənməsidir. Bu layihəni dəstəklədiyinə görə Avrasiya Əməkdaşlıq Fonduna təşəkkür edirik. 

Layihə çərçivəsində   e-vetendash.az onlayn platforması yaradılıb. Daşınmaz əmlakla bağlı əməliyyatlar, fərdi evlərin tikilməsi, sosial xidmətlərin göstərilməsi ilə bağlı 3 video-çarx çəkilib. Yüzlərlə vətəndaşa onlayn və müraciətlər əsasında birbaşa hüquqi yardım göstərilib. Maarifləndirmə üsulu kimi sosial şəbəkələrdən geniş istifadə olunub. Video-blədçilərlə www.e-vetendash.az saytında tanış olmaq olar. 

Layihə böyük marağa səbəb olub. E-vetendash-da derc olunan məlumat və müsahibələr, məqalələr 30-dan çox xəbər sayt və portallarında təkrar dərc edilib. Dövlət qurumları ilə əməkdaşlıq edilib. Sosial şəbəkələrdən daxil olan problemlərlə bağlı müraciətlər ümumiləşdirilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Çalışmışıq ki, elektron vətəndaş iştirakçılığı ilə bağlı məsələlər diqqət mərkəzinə gəlsin.  Bunun bir nümunəsini yaradaq. Elektron iştirakçılıq Azərbaycan üçün hazırda çox aktualdır”.

Avrasiya Əməkdaşlıq Fondunun proqram meneceri Gülnarə İsmayılova bildirib ki, Azərbaycan təcrübəsində ilk dəfə olaraq e-vetendash.az onlayn platformasının yaradılmasını layihənin uğuru kimi qiymətləndirmək olar. Eyni zamanda layihə çərçivəsində onlayn hüquqi xidmətlərin göstərilməsi, video-bələdçilərin hazırlanması, daşınmaz əmlakla bağlı əməliyyatlar, fərdi evlərin tikilməsi, sosial xidmətlərin göstərilməsi sahəsində vətəndaşlara birbaşa yardımçı olacaqdır.

Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev bildirib ki, İKT-nin inkişafı obrazlı ifadə etsək Afina demokratiyası ənənələrini günümüzə transormasiya etməyə imkan verir. İKT elə imkanlar yardır ki, müvafiq mexanizmlər yaratmaqla arzu edən hər kəsi qərarlaın qəbulu və icrası ilə prosesi cəlb etmək mümkündür.  Müvafiq mexanizmlər vasitəsilə bunu hər bir vətəndaş üçün asan və əlçatan etmək olar. Bu yeni idarəçilik fəsləfəsi və yanaşmasıdır.

Ə.Nuriyev qeyd edib ki, Açıq Hökumət Platforması bu məsələləri diqqətdə saxlayır və hər zaman yardım etməyə hazırdır.

Layihə eksperti Zaur İbrahimli e-vetendash.az onlayn platforması, layihə fəaliyyətləri barədə məlumat verib. Qeyd edib ki, e-vetendash.az onlayn platforması daşınmaz əmlakla bağlı əməliyyatlar, fərdi evlərin tikilməsi, sosial xidmətlərin göstərilməsi sahəsində vətəndaşlara əlçatan formada qanunvericiliyin izahı, praktik töviyyələr, sullara cavablar, ödənişsiz onlayn hüquqi yardım xidmətləri təklif edir. Eyni zamanda vətəndaşlar bu platforma vasitəsilə üzləşdiklri problemləri, öz uğur hekayələrini, kollektiv müraciətlərini  bölüşə bilərlər. e-vetendash.az onlayn platforması, həmçinin vətəndaşların qaldırdıqları  problemlərin müvafiq dövlət orqanlarının diqqətinə çatdırılmasına da səy göstərir.

e-vetendash.az onlayn platformasının təqdimatından sonra “Şəffaflıq Azərbaycan” təşkilatının eksperti Məhəmməd Muradov “Elektron vətəndaş iştirakçılığı: Dünya və Azərbaycan təcrübəsi” mövzusunda məruzə edib.  Məruzədə elektron vətəndaş iştirakçılığı ilə bağlı Azərbaycandakı nümunələr təhlil olunub, beynəlxalq təcrübə ilə müqayisə edilib. Eyni zamanda nöqsanlara və çatışmazlıqlara diqqət yetirilib. Beynəlxalq təcrübə nəzərə alınmaqla tövsiyyələr  tədim edilib.

Müzakirələr zamanı tədbir iştirakçıları öz fikir və təkliflərini bölüşüblər.

 

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir