Bu ilin iyul ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri iyun ayına nisbətən orta hesabla 0,3% çox olub.
Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.
Məlumatda deyilir ki, aylıq müqayisədə heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1% artıb, bitkiçilik məhsullarının istehsalçı qiymətləri isə 0,4% azalıb. Balıq və sair balıqçılıq məhsullarının, meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində isə dəyişiklik olmayıb.