Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Azərbaycan “Şahdəniz” üçün yarım milyard dollar kredit aldı

Azərbaycan “Şahdəniz” yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə $524,5 mln. məbləğində sindikatlaşdırılmış kredit cəlb edib.

Azərbaycan hökumətinin dövlət zəmanəti və Asiya İnkişaf Bankının (AİB) zəmanəti ilə $524,5 mln. məbləğində sindikatlaşdırılmış kreditin verilməsi haqqında kredit və zəmanət sazişləri imzalanıb”, – “Cənub Qaz Dəhlizi” QSC bildirib.

Zəmanət sazişini Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov, kredit sazişini “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev imzalayıblar.

Rəsmi məlumatda sindikatlaşdırmanın iştirakçıları açıqlanmayıb.

“Cənub Qaz Dəhlizi” layihəsinin yaradılması çərçivəsində (“Şahdəniz” yatağı “Mərhələ-2″nin işlənməsi və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri daxil olmaqla) 2020-ci ilə kimi tələb olunan $11,5 mlrd. məbləğdən indiyədək $8,4 mlrd., yəni 73% istifadə edilib.

“Şahdəniz” yatağı üzrə “Mərhələ-2″nin işlənməsi üçün görüləcək işlərin 98,5%-i, Cənubi Qafqaz kəmərinin genişləndirilməsinə dair işlərin 99,2%-i yerinə yetirilib. TANAP-ın inşası üzrə işlərin 87,4%-i, Transadriatik kəmərinin (TAP) inşası üzrə isə işlərin 60,8%-i icra edilib(“Turan”).

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir