Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı müzakirə olundu

 

15 iyul 2017-ci il-cı il tarixindən saat 12 də YAP Şirvan şəhər təşkilatınin iclas zalında Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Şirvan şəhərində “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layi­hə­sinində nəzərdə tutulmuş, “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda iclas keçirildi.

İclasda  adiyəti olan idarələrin, Şirvan şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsəllər şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər idarəsinin, Dövlət Sığorta Kommersiya Şirkətinin Şirvan şəhər şöbəsinin, Şirvan şəhər Dövlət Sosial Müdafiyə Fondunun, Şirvan şəhər Mərkəzi Xəstəxanasının, QHT-nın rəhbərlərinin, Qarabağ müharibəsində şəhid ailələri, Əfqanstan, Qarabağ müharibəsi və Çernobıl əlilləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan layihənin direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Oruc  iclasa başlamazdan öncə iclas iştirakçılarından, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların  xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

Sonra Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, həyata keçirilən layihənin əsas məqsədi, şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarına və həmçinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almış Əfqanıstan, Qarabaq müharibəsi əlillərinin və Çernobıl qəzasının əlillərinin xarici ölkələrdə müalicələrinin, Səhiyyə Nazirliki və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliki tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir.

Şəhid ailələrinə, müharibə əlillərinə, ve­teran­larına və əhalinin həs­sas təbəqəsi hesab olunan  in­sanlara qay­ğı göstərmək həm cəmiy­yətin, həm də dövlətin başlıca vəzifələ­rin­dən biridir!

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid olmuş ailələrin, Əfqanstan, Qarabağ müharibəsi əlillərinin və Çernobıl qəzasınındasağlamlığlarını itirmiş şəxslərin tibbi reabilitasiyası və sosial müdafiəsi “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi reabiltiasiyası və sosial müdafiəsi”haqqında Azərbaycan Respublikasının qanununa əsasən aidiyyatı  dövlət idarələri tərəfindən təmin olunmalı və onların hər birinin sosial təminatını günü-gündən yaxşılaşdırılmalıdır.

Adları qeyd olunan vətəndaşların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını  ar­tır­­maq məqsədi ilə, Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev müvafiq Fərman və Sərəncamlar imzalamışdır. Bu gündə bu təbəqəyə diqqət və qayğını, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı İlham Əliyev Cənabları tərəfindən müxtəlif fərman və sərən­camlar imzalanaraq davam etdirilir.

Amma çox təəsüflər olsun ki, şəhid ailələri və müharibə əlillərinin əksər hissəsi son illər, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Fərman və Sərəncam haqqında qanunları bilmədikləri üçün, onlara şamil edilmiş imtiyazlardan faydalana bilməyərək, çox vaxt tibbi-sosial problemlərlə üzləşirlər. Buna görə də, çox vaxt aidiyyati olan icra orqanlarında, tibb müəssələrində şəhid ailələri və müharibə əlillərinə olan biganəlik və laqeyd münasibət onları mənən sarsıdır. Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtı-vaxtında müalicə almırlar. Buna görə də onlarda yeni-yeni xoşagəlməz xəstəliklər yaranaraq vaxtsız dünyasını dəyişirlər.

Dövlət, hökumət orqanlarının, idarələrinin, təşkilatların rəhbərləri və digər vəzifəli şəxslər Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində şəhid olmuş şəhid ailələlərinə, müharibə əlil və veteranlarına layiqincə xidmət göstərərək onları hökumətdən incik salmamalıdılar. Vəzifəli şəxslər hər bir vətəndaşı qəbul edərkən unutmamalıdır ki, torpaqlarımızın 20 faizi hələ də yadelli erməni işğalçılarının əsarəti altındadr. Qəbul etdikləri ailələrdə işğal olunmuş torpqlarımızın azad olunması üçün əsgər, zabitlər, Mübariz İbrahimov, Murad Mirzəyev kimi yeni-yeni Milli Qəhramanlarımız böyüyür. Məmurlar, vəzifəli şəxslər xoşagəlməz rəftarları ilə onların vətənpvərlik ruhlarını və hisslərini sarsıdmamalıdırlar!

Daha sonra Sərraf Orucov layihədə nəzərdə tutulmuş ən ağır problemlərdən biri olan, müharibə əlilərinin əlillərini Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almış müharibəsi  əlillərinin xarici ölkələrdə müalicə olunmalarında yaranmış problemlərlə əlaqədar  və  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-ında elektron xidməti vasitəsi ilə əlliliyin təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi və sonuncu müayinə barədə məlumat almaq üçün, əlil vətəndaşlara “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı(https://www.e-gov.az/az/services) e-xidməti yaradılması barəsində  iclas iştirakçılarına ətraflı məlumat verdilər.

Sərraf Orucov çıxışının sonunda ümüd edərək bildirdi ki, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinnin həllinə dəstək mərkəzinin yaradılması” layihəsi sahəsində görüləcək işlər, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid olmuşların ailələrinin, əlil olmuş şəxslərin və hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədi ilə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikasının Qanununun icrasınaictimai  dəstək verərək öz xeyirli  tövhəsini verəcəkdir.

   Şirvan şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsəllər şöbəsinin müdir əvəzi Adəm Hüseyinov Şirvan şəhərində 157 şəhid ailəsi, onlardan 3 nəfəri ölümündən sonra Azərbaycanin MilliQəhranı adna layiq görülmüşdür. 125 nəfər Qarabağ müharibəsi əlili 160 nəfər Əfqanstan  müharibəsinin vetanı və  99 nəfər isə Çernobıl qəzasınında sağlamlığını itirmiş əlil  var. Bu insanlar hərvaxt Şirvan şəhər İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalovun tapşırığına əsasən 1-ci növbədə İcra Hakimiyyətinin diqqət və qayğsı altında olaraq, onların tibbi-sosial məsələlərinin həlində yaxından köməklik göstəriliərək onlardan əlimizdən gələn köməkliyi əsirgəməmişik. Bu diqqət-qayğı olub və  bundan sonrada davam etdiriləcəkdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər idarəsinin rəisi, polkovnik-lentenat Rəfət Abdullayev, Şirvan şəhər Dövlət Sosial Müdafiyə Fondunun müdüri Nazim Hüseyinov, Şirvan şəhər Mərkəzi Xəstəxanasının Həkimi  Əbülhəsən İbrahimov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyinin Şirvan şəhər şöbəsinin sədri Pənah Xankışiyev  çıxış edərək şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarında və həmçinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almış müharibəsi  əlillərinin xarici ölkələrdə müalicə olunmalarında yaranmış problemlərlə əlaqədar iclas iştirakçılarına ətraflı məlumat verdilər.  Çıxış edənlər öz çıxışlarnın sonunda belə bir əhəmiyyətli “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layi­hə­sini müsbət qiymətləndirdilər və layihənin icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fonduna öz təşəkkürlərini bildirdilər.

Lyihənin direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Oruc “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layi­hə­sininin Şirvan şəhərində işgüzar və efektli keçməsində birgə əməkdaşlıq edərək şərayit yaradıb yaxından köməklik göstərdikləri üçün ilk oncə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalova,  Şirvan şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsəllər şöbəsinin müdir əvəzi Adəm Hüseyinova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər idarəsinin rəisi, polkovnik-lentenat Rəfət Abdullayevə, Şirvan şəhər Dövlət Sosial Müdafiyə Fondunun müdüri Nazim Hüseyinova, Şirvan şəhər Mərkəzi Xəstəxanasının Həkimi Əbülhəsən İbrahimova, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyinin Şirvan şəhər şöbəsinin sədri Pənah Xankışiyevə öz təşəkkürünü bildirdi.

Iclasda şəhid ailələrini, Əfqanstan, Qarabağ müharibəsi və Çernobıl əlillərini “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi və sosial hüquqları” hakqında maarifləndirmə kitabları paylanıldı.

Iclas şəhid ailələrini, Əfqanstan, Qarabağ müharibəsi və Çernobıl əlillərini tibi-sosial məsələləri və sığorta pul vəsaitlərinin almaları barəsində maraqlandırılan sualları cavablandırlıb aydınlıq gətirilərək  yekunlaşdı.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir