Müsavat partiyasının fəalı, Neft mütəxəssisi Şirzad Babayev : Neftin hasilatı və qiyməti aşağı düşdüyü üçün şirkətlərin öz işçilərinə əmək haqqınısını azaldacaqdır.
2015-ci ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2735 nəfər olub, 2014-cü ilin sonuna BP-nin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2992 nəfər idi. Həmin dövrdə şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 86%-ni yerli mütəxəssislər təşkil edirdi. Belə çıxır ki, BP ötən il ərazində 257 nəfər Azərbaycan vətəndaşını ixtisar edib.
Müsavat partiyasının fəalı, Neft mütəxəssisi, mühacirətdə olan siyasi-ictimai fəal Şirzad Babayev fikirlərini bölüşərkən deyib ki, BP tək Azərbaycanda dünya üzrə 4 minə yaxın işçisini ixtisar edəcək: “Ötən il biz müəyyən məsələ qaldırmışdıq ki, BP-də və onun podratçı tərəfdaşlarında ixtisarlar aparılacaq. BP-də müəyyən ixtisarların aparılması artıq sirr deyil. Hətta 2 nəfər bizə şikayət etmişdi və sonradan biri şikayətini geri götürdü. Daha sonra isə digərinin məhkəməsi oldu və biz həmin şəxsin hüququnu müdafiə edə bildik. Sadəcə olaraq BP-də ixtisara düşən insanlar gələcəkdə yenidən işə qaytarıla biləcəklərinə ümid edirlər.
Bu baxımdan aldıqları tәzminatla qane olurlar. Amma BP işlə təmin etmir, sadəcə tәzminat verməklə işini bitmiş hesab edir. Hal-hazırda BP tərəfdaşlarından “Şahdəniz” layihəsində yanvar və fevralda birlikdə 20 nəfər işçi ixtisar edilib. Mart ayında da 5-6 nəfər işçinin ixtisar ediləcəyi gözlənilir. Əldə etdiyimiz məlumata görə, işdən çıxarılan işçilərin əmək müqavillələri bitməyib və onlar qeyri-qanuni şəkildə işdən çıxarılıblar.
Çox təəssüflər olsun ki, uzun müddət neft sahəsi üzrə ixtisaslaşan mütəxəssilər işdən kənarlaşdırılır. Düşünürəm ki, ixtisarlar davam edəcək. Neftin hasilatı və qiyməti aşağı düşdüyü üçün şirkətlərin öz işçilərinə əmək haqqınısını azaldacaqdır.