Roma papası Fransisk İrəvana səfəri öncəsi erməniləri məyus edib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Papa Ermənistana göndərdiyi məktubda 1915-c il hadisələrini “soyqırım” kimi təqdim etməyib. Papanın məktubunda “erməni soyqrımı” sözünü işlətməməsi diqqətdən yayınmayıb.
“Xalqınızın tarixi və başına gələn hadisələr məndə heyranlıq və kədər hissi oyadır”.
Papa bundan öncəki çıxışlarında da “erməni soyqrımı” ifadəsini işlətməyib.
Qeyd edək ki, Roma Papası 24-26 iyun tarixlərində Ermənistanda səfərdə olacaq. Onun Azərbaycan və Gürcüstana sentyabrın sonu oktyabrın əvvəllərində səfər edəcəyi gözlənilir.